Müştərilər aşağıdakı formalarda Banka müraciət edə bilər:
Şifahi müraciət şəklində:
- həftə içi hər gün (bayram və matəm günləri istisna olmaqla) saat 9:00-dan 18:00-a kimi Bank ın Bakı şəhəri, AZ1078, C.Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən Baş ofisinə yaxınlaşmaqla;
- birbaşa olaraq (012) 404 14 54 nömrəsinə və ya Məlumat mərkəzinin (012) 945 nömrəsinə zəng etməklə.
Yazılı müraciət şəklində:
- Bankın Bakı şəhəri, AZ1078, C.Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən Baş ofisinə yaxınlaşmaqla 1-ci mərtəbədə yerləşən xüsusi ayrılmış masaya təqdim edə və ya xüsusi olaraq “Sənədlər və müraciətlər üçün” nəzərdə tutulmuş qutuya yerləşdirə bilər;
- Bankın filial və şöbələrində xüsusi olaraq “Sənədlər və müraciətlər üçün” nəzərdə tutulmuş qutulara yerləşdirməklə;
- Bankın Bakı şəhəri, AZ1078, C.Məmmədquluzadə küçəsi, 85; 192/193 poçt ünvanına göndərməklə;
- Bankın (012) 599 10 11 faks nömrəsinə göndərməklə;
- Bankın atb@azerturkbank.az elektron poçt ünvanına göndərməklə;
- Bankın www.azerturkbank.az saytında təqdim olunan “Şəffaf qutu”da yerləşdirməklə.